SU TƏSƏRRÜFATI

Su ehtiyatlarının öyrənilməsi, uçotu, kompleks istifadəsinin planlaşdırılması, yeraltı və yerüstü suların çirklənməsinin və azalmasının mühafizəsi ilə məşğul olan xalq təsərrüfatı sahəsi. S.t.-nin əsas vəzifəsi xalq təsərrüfatının bütün sahələrini zəruri miqdarda keyfiyyətli su ilə təmin etməkdir. S.t.-nın ən əsas məsələlərindən biri də su hövzələrini sənaye və məişət suları ilə çirklənməkdən qorumaqdır.
SU TƏCHİZATI
SU TOKSİKOLOGİYASI
OBASTAN VİKİ
Su təsərrüfatı
Su təsərrüfatı – Su ehtiyatlarının öyrənilməsi, uçotu, kompleks istifadəsinin planlaşdırılması, yeraltı və yerüstü suların çirklənməsinin və azalmasının mühafizəsi ilə məşğul olan xalq təsərrüfatı sahəsi. Su təsərrüfatınin əsas vəzifəsi xalq təsərrüfatının bütün sahələrini zəruri miqdarda keyfiyyətli su ilə təmin etməkdir. Su təsərrüfatının ən əsas məsələlərindən biri də su hövzələrini sənaye və məişət suları ilə çirklənməkdən qorumaqdır. Xalq təsərrüfatının müxtəlif sahələrində sudan istifadə vəzifəsi, miqdarı və formasına uyğun olaraq su resursları üzrə məlumatların toplanması.
Meliorasiya və Su Təsərrüfatı (Azərbaycan)
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (qısaldılmış halda — "Azmelsutəsərrüfat" ASC) — "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli, 372 nömrəli Fərmanı ilə yaradılmışdır. 5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub. ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. Azərbaycanda meliorasiya və su təsərrüfatına rəhbərlik məqsədilə 1920-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığı nəzdində su şöbəsi yaradılıb, 1921-ci ildə onun adı dəyişdirilərək su təsərrüfatı şöbəsi adlandırılıb. 1925-ci ildə Azərbaycan SSR Ali İqtisadi Şurası nəzdində Azərbaycan Su Təsərrüfatı idarəsi (Azvodxoz) yaradılmışdır. O, 1941-ci ildən Azərbaycan Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi, 1966-cı ildən isə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, 1993-cü ildən Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi haqqında" 23 noyabr 2004-cü il tarixli fərmanı ilə komitə ləğv edilərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 23 fevral 2006-cı il tarixli 372 nömrəli fərmanı ilə agentliyin bazasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ("Azmelsutəsərrüfat" ASC) yaradılmışdır. O, meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən və səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir. "Azmelsutəsərrüfat" ASC öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, digər normativ hüquqi aktlara və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. "Azmelsutəsərrüfat" ASC hüquqi şəxsdir, müstəqil balansa, xəzinə və bank hesablarına malikdir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC

Su təsərrüfatı və meliorasiya işçiləri günü
Su təsərrüfatı və meliorasiya işçiləri günü — Azərbaycan Respublikasında peşə bayramı; 2014-cü ildən etibarən hər il iyun ayının 5-i qeyd olunur. Bu peşə bayramı "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli Sərəncamı ilə təsis edilmişdir.
.su
Keçmiş Sovetlər İttifaqının İnternet kodu
Su
Su – kimyəvi formulu H2O olan, şəffaf, rəngsizə yaxın, dadsız və iysiz kimyəvi maddə. Su Yer kürəsinin axarsu, göl, dəniz və okeanlarını, eləcə də canlılardaki mayelərin əsas hissəsini əmələ gətirir. Bir molekulu kovalent bağlarla qoşulmuş oksigen və iki hidrogen atomlarından ibarətdir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir. Su sözü maddənin standart şərtlərdə maye olan halını ifadə edir, lakin qatı yəni buz və qaz, yəni buxar halı üçün də istifadə olunur. Təbiətdə eyni zamanda qar, buzlaq, aysberq, bulud, çən, şeh və atmosfer nəmi şəklində mövcuddur. Təbiətdə suyun 2 növü vardır: adi və ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Təbiətdə 1/100 nisbətdə ağır su mövcuddur. Adətən atom reaktorlarında ağır sudan neytron yavaşladıcı kimi istifadə edilir.
Balıq təsərrüfatı
Balıq təsərrüfatı — balıqları yetişdirib artıran, sonra isə onlardan tutub istifadə edən təsərrüfat. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Dünya təsərrüfatı
Kənd təsərrüfatı
Kənd təsərrüfatı — bitki və heyvan mənşəli məhsulların istehsal olunması, bunların keyfiyyət və səmərələrinin yüksəldilməsi, bu məhsulların uyğun şərtlərdə mühafizəsi, işlənib qiymətləndirilməsi və satışa çıxarılması prosesi.
Meşə təsərrüfatı
Meşə təsərrüfatı — istehsal sahəsi: meşələri öyrənmək, qeydiyyata almaq, yeni meşələr salmaq, onları yanğından, xəstəlik və zərərvericilərdən qorumaq, meşələrin qoruyucu və sutəmizləyici funksiyasını saxlamaqla, xalq təsərrüfatının meşə materialına olan tələbatını ödəmək məqsədilə meşələrdən səmərəli istifadə olunmasını təmin edir. Meşə təsərrüfatı meşədən odun, dərman və texniki xammal, yeyinti məhsulları və s. istehsal edir. Meşədən torpaq və suqoruyucu, iqlim saflaşdırıcı, kurortoloji, rekreasiya və s. məqsədlər üçün istifadə olunur. Meşə təsərrüfatının əsas vəzifələrindən biri də meşələrin bərpası və yeni meşəliklər salınmasıdır. Meşə təsərrüfatında kimyəvi vasitələrdən istifadə olunması; Meşə təsərrüfatı kimyalaşdırılması özündə aşağıdakıları cəmləşdirir: meşənin ziyanverici cücülərdən və xəstəliklərdən qorumaq üçün, tingliklərdə və meşə əkinlərində alaq otları ilə mübarizədə pestisidlərin istifadə olunması; tingliklərdə əkin materialının keyfiyyətini, davamlılığını, boy artımını yüksəltmək məqsədilə mineral gübrələrdən istifadə olunması; meşə yanğınlarını söndürmək üçün kimyəvi vasitələrdən istifadə edilməsi və s.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (qısaldılmış halda — "Azmelsutəsərrüfat" ASC) — "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli, 372 nömrəli Fərmanı ilə yaradılmışdır. 5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub. ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. Azərbaycanda meliorasiya və su təsərrüfatına rəhbərlik məqsədilə 1920-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığı nəzdində su şöbəsi yaradılıb, 1921-ci ildə onun adı dəyişdirilərək su təsərrüfatı şöbəsi adlandırılıb. 1925-ci ildə Azərbaycan SSR Ali İqtisadi Şurası nəzdində Azərbaycan Su Təsərrüfatı idarəsi (Azvodxoz) yaradılmışdır. O, 1941-ci ildən Azərbaycan Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi, 1966-cı ildən isə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, 1993-cü ildən Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi haqqında" 23 noyabr 2004-cü il tarixli fərmanı ilə komitə ləğv edilərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 23 fevral 2006-cı il tarixli 372 nömrəli fərmanı ilə agentliyin bazasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ("Azmelsutəsərrüfat" ASC) yaradılmışdır. O, meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən və səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir. "Azmelsutəsərrüfat" ASC öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, digər normativ hüquqi aktlara və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. "Azmelsutəsərrüfat" ASC hüquqi şəxsdir, müstəqil balansa, xəzinə və bank hesablarına malikdir.
Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu
Azdövsutəslayihə — Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin strukturunda olan su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət institutudur. Əsas binası Bakı şəhərində yerləşir. 1930-cu il yanvar ayının 15-də Azərbaycan Su Təsərrüfatı İdarəsində "Su təsərrüfatı obtektlərinin layihələndirilməsi və axtarışı" üzrə "Layihə şöbəsi" kimi yaradılmışdır. Bununla da "Azdövsutəslayihə" institunun əsası qoyulmuşdur. Fəaliyyətin ilk aylarında "Layihə şöbəsi bağlanmış müqavilələr əsasında kanallar, kanal üzərində qurğuların, gözətçi binaların layihələri hazırlanırdı. Meliorasiya və su təsərrüfatı sahəsində görüləcək işlərin yayılma sahəsinin genişlənəcəyini nəzərə alaraq, Azərbaycan Su Təsərrüfatı İdarəsinin "Layihə Şöbəsi" əsasında 1933-cü il aprel ayının 8-də Azərbaycan Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi və Axtarışı üzrə İdarə təşkil olundu. Qısa dövr ərzində layihə-axtarış idarəsində Mil düzündəki qədim suvarma sistemlərinin bərpası layihəsi, Şimali Muğan ərazisində suvarma və kollektor-drenaj sistemlərinin layihə sənədləri hazırlandı. Xudat massivində topoqrafiya işləri görüldü. Bununla yanaşı Salyan düzündə suvarma sisteminin sxematik layihəsi və kollektor suyığıcı sisteminin texniki iqtisadi layihəsi, Kür çayı sahillərindən daşqınlara qarşı mübarizə bəndlərinin layihələri, Araz çayının su qəbul etməklə Mil düzünə və Qarabağın düzən hissələrini suvarılması üçün tədbirlər həyata keçirildi. Bu dövrlərdə Azərbaycanda torpaqların şoranlaşması xəritəsidə tərtib olundu və bataqlıqların qurudulmasında hidromexanizasiya üsulundan istifadəyə başlandı.
Gürcüstanda kənd təsərrüfatı
Gürcüstanda kənd təsərrüfatı — Gürcüstan iqtisadiyyatının bir hissəsini təşkil edən təsərrüfat sahələrindən biri. Ümumilikdə ölkə ərazisinin 16 % kənd təsərrüfatı üçün yararlıdır Gürcüstanda kənd təsərrüfatı məhsullarınln böyük qismi bağ sahələrində kənd tipli fermalarda istehsal edilir. Aqrar təsərrüfatların böyük əksəriyyətində işlər əl ilə görülür. İstehsalda kənd təsərrüfatının payı olduqca aşağıdır. Buna ramən ölkə əhalisinin 50 % kəndlərdə yaşayır. Bu istehsal cəmi ÜDM 12 % təşkil edir. 2007-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi həcmi 1,51 mld dollar təşkil etmişdir. 2008-ci ildə bu rəqəm 2,42 mld lari olmuşdur. Bitkiçilik məhsullarının həcmi 998 mln ları, heyvandarlıq məhsullarının istehsal həcmi 1,35 mld lari, kənd təsərrüfatı xidmətləri isə 65 mln lari təşkil etmişdir. Sovetləşmə dönəmində Gürçüstan kənd təsərrüfatı kollektivləşdirilmişdir.
Kənd Təsərrüfatı İnstitutu
Azərbaycan Dövlət Aqrar Universiteti — Aqrar sektor üçün yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan Azərbaycan dövlət ali təhsil müəssisəsi. 1920-ci il noyabrın 13-də Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla təsis edilmiş Bakı Politexnik İnstitutunun nəzdində 5 fakültə: neft sənayesi; elektromexaniki; mühəndis-tikinti; kənd təsərrüfatı və iqtisadiyyat fakültələri yaradılmışdır. Kənd təsərrüfatı fakültəsinin yaradılması ilə Azərbaycanda ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılmışdır. 1929-cu ilədək fəaliyyət göstərmiş kənd təsərrüfatı fakültəsində tədris prosesini təmin etmək üçün o dövrlərdə Cənubi Qafqaza sürgün edilmiş bir qrup rus və digər əcnəbi alimlər cəlb edilmiş, 1924-cü ildə mütəxəssis hazırlığının birinci buraxılışı olmuşdur. Həmin dövrdə ölkəyə çox sayda kənd təsərrüfatı mütəxəssisi tələb olunduğundan kənd təsərrüfatı institutunun yaradılması zərurəti yaranmışdı. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılmış və bu İnstitut 1931-ci ildə Gəncəyə köçürülmüşdür. Buradakı Zaqafqaziya Pambıqçılıq İnstitutu, Azərbaycan Zoobaytar İnstitutu və Tiflisdəki Hidromeliorasiya İnstitutu Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (AKTİ) tərkibinə birləşdirildi. 1950-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin əmri ilə İnstitutun 30 illik yubileyi keçirilidi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli Fərmanı ilə yüksəkixtisaslı mütəxəssis hazırlığında və kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə AKTİ "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. 1980-ci il dekabrın 16-da Heydər Əliyev Gəncəyə gələrək həmin ordeni Sovetlər İttifaqının rəhbərliyi adından kollektivə təqdim etmişdi.
Kənd təsərrüfatı aviasiyası
Kənd təsərrüfatı aviasiyası — mülki aviasiya sahəsi. Kənd təsərrüfatı aviasiyasından bitkilərin mühafizəsi, alaq otları ilə mübarizə, torpağa mineral gübrə verilməsi, təyyarə ilə ot əkini və s.-də istifadə edilir. Bitkilərin becərilməsində aviasiya vasitələrindən istifadənin üstünlüklərinə vaxta qənaət olunması, əmək sərfinin aşağı salınması, zəhərli kimyəvi maddələr və gübrə sərfinin azalması, çətin keçilən sahələri becərməyin mümkünlüyü, bitkilərin mexaniki zədələnməməsi, torpağın bərkiməsi ehtimalının aradan qalxması və s. aiddir. Kənd təsərrüfatı aviasiyasından istifadənin catışmayan cəhəti onun meteoroloji şəraitdən asılılığıdır. SSRİ-də bu məqsədlə An-2, An-2M, Yak-12 təyyarələrindən və Mİ-1, Mİ-2, Ka-26 və Ka-15 vertolyotlarından istifadə olunurdu. Maye pestisidləri çiləmək, mineral gübrələri səpmək və s. üçün bunlarda xüsusi aparatlar quraşdırılırdı. Bitki zərərvericilərinə və xəstəliklərinə qarşı mübarizədə sahələr 5–10 metr yüksəklikdən, alaq otları ilə mübarizədə (yazda aqroqaydalarla müəyyən olunmuş müddətdə) 5–6 metr yüksəklikdən dərmanlanırdı. Tozvari gübrələr 10–20 metr, dənəvər gübrələr isə 30–50 metr yuksəklikdən səpilirdi.
Kənd təsərrüfatı coğrafiyası
Kənd təsərrüfatı coğrafiyası - iqtisadi coğrafiyanın bir sahəsidir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsi problemləri, onun amilləri və inkişaf qanunauyğunluqlarını öyrənir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsinin xalq təsərrüfatının istehsal sahələrinin, ilk növbədə sənayenin yerləşdirilməsindən əsas fərqi burada istehsalın təbii şəraitlə əlaqədar olması, torpağın başlıca istehsal vasitəsi kimi istifadə edilməsindədir. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsi ayrı-ayrı zona və regionların təbii-iqtisadi şəraitini nəzərə almaqla həyata keçirilir, torpaq, maddi-texniki və əmək ehtiyatlarından səmərəli istifadə etməyə, sənayenin xammala, əhalinin ərzaq məhsullarına olan təlabatını ödəməyə yönəldilir.
Kənd təsərrüfatı iqtisadiyyatı
Kənd təsərrüfatı iqtisadiyyatı — qida və lif istehsalını və paylanmasını optimallaşdırmaq üçün iqtisadi nəzəriyyənin tətbiqi ilə əlaqəli tətbiq olunan bir iqtisadiyyat sahəsidir. Kənd təsərrüfatı iqtisadiyyatı, xüsusilə torpaq istifadəsi ilə məşğul olan və yaxşı torpaq ekosistemini qoruyarkən məhsullarını maksimum dərəcədə artırmağa yönəlmiş iqtisadiyyatın bir qolu olaraq başladı. XX əsrdə intizam genişləndi və intizamın mövcud əhatə dairəsi daha genişdir. Kənd təsərrüfatı iqtisadiyyatı bu gün ənənəvi iqtisadiyyatla böyük ölçüdə üst-üstə düşən bir çox tətbiq sahəsini əhatə edir. Kənd təsərrüfatı iqtisadçıları iqtisadiyyat, ekonometriya, inkişaf iqtisadiyyatı və ətraf mühitin iqtisadiyyatı sahəsindəki araşdırmalara əhəmiyyətli töhfələr vermişlər. Kənd təsərrüfatı iqtisadiyyatı qida siyasətini, əkinçilik siyasətini və ətraf mühit siyasətini təsir edir. İqtisadiyyat, qıtlıq şəraitində resursların bölüşdürülməsinin öyrənilməsi kimi müəyyən edilmişdir. Kənd təsərrüfatı iqtisadiyyatı və ya kənd təsərrüfatı istehsalçılarının verdiyi qərarları optimallaşdırmaq üçün iqtisadi metodların tətbiqi 20. əsrin əvvəllərində önə çıxdı. Kənd təsərrüfatı iqtisadiyyatı sahəsi yenidən torpaq iqtisadiyyatı üzərində işləyir.
Kənd təsərrüfatı kommunası
Kənd təsərrüfatı kommunası — SSRİ hakimiyyətinin ilk illərində meydana gələn kənd təsərrüfatı istehsalatı kooperasiyası formalarından biri. Kənd təsərrüfatı kommunasında istehsalın butun vasitələri (tikililər, xırda avadanlıq, qaramal) və məişət xidməti tamamilə i timai təsərrüfata əsaslanırdı. Bölgü əməyə görə yox, ailə üzvlərinə gərə aparılırdı. Kənd təsərrüfatı kommunası üzvlərinin şəxsi həyətyanı təsərrüfatları yox idi. Kənd təsərrüfatı kommunası başlıca olaraq kecmiş mulkədar və monastır torpaqlarında təşkil edilirdi. Dövlətdən müftə olaraq torpaqdan başqa, yaşayış və təsərrüfat tikililəri, avadanlıq və s. yardım alırdı. 1920-ci illərin sonu–1930-cu illərin əvvəlində kənd təsərrüfatı kommunası kolxozlara çevrilmişdir.
Kənd təsərrüfatı kooperasiyası
Kənd təsərrüfatı kooperasiyası — kooperasiya növü. Bu, birlikdə məhsul istehsal etmək, yaxud digər fəaliyyət növlərini (məhsul emalı və satışı, istehsal vasitələri ilə təchizat və s.) icra etmək üçün kənd təsərrüfatı məhsulları istehsalcılarını birləşdirir. XIX əsrin birinci yarısında Qərbi Avropa, XIX əsrin ikinci yarısında Şərqi Avropa ölkələrində və Rusiyada yaranmışdır. Kənd təsərrüfatı kooperasiyası inkişaf etmiş bir çox kapitalist ölkəsində mürəkkəb sosial-iqtisadi orqanizmə çevrilərək kənd təsərrüfatı məhsulları istehsalını, emalını, saxlanılmasını, realizəsini, kənd təsərrüfatının kreditlətdirilməsini, kənd təsərrüfatı üçün istehsal vasitələri istehsalını və s. əhatə edir. Kənd təsərrüfatı kooperativləri çox zaman öz fəaliyyətlərini şaquli inteqrasiya əsasında qururlar. Kənd təsərrüfatı kooperasiyası daha cox Skandinaviya ölkələrində, Niderland, İslandiya və Yaponiyada inkişaf etmişdir. Bu ölkələrdə kənd təsərrüfatı kooperativləri kənd təsərrüfatının kreditləşdirilməsində mühüm rol oynayır, yeyinti sənayesində, topdan ticarətdə, mineral gübrələr, bir sıra kənd təsərrüfatı texnikası istehsalında və s. hakim mövqə tutur. Cobia, David, editor, Cooperatives in Agriculture, Prentice-Hall, Englewood Cliffs, NJ (1989), p.
Kənd təsərrüfatı maşınqayırması
Kənd təsərrüfatı texnikası — kənd təsərrüfatının texniki cəhətdən yenidən qurulmasını həyata keçirən maşınqayırma sahəsi. Başlıca vəzifəsi kənd təsərrüfatı istehsalını kompleks mexanikləşdirməkdir. Kənd təsərrüfatı maşınqayırması XIX əsrin əvvəllərində Birləşmiş Krallıqda, az sonra isə ABŞ-də yaranmışdır. Kommunizmdən əvvəlki Rusiyada kəndlilərin çox hissəsi primitiv kənd təsərrüfatı inventarlarından istifadə edirdi. Kənd təsərrüfatı inventarı istehsal edən ilk müəssisə XIX əsrdə meydana gəlmişdi. Oktyabr inqilabından sonra Xalq Komissarları Sovetinin 1 aprel 1921 il tarixli dekreti kənd təsərrüfatı maşınqayırmasının planlı inkişafının əsasını qoymuşdur. 1926-cı ildə traktor kultivatoru, 1928 ildə traktor kotanı, 1930-cu ildə taxılyığan kombayn, 1932-ci ildə kartofyığan maşın istehsalına başlanmışdır. SSRİ 1937-ci ildə taxılyığan kombaynın illik istehsalına görə dunyada birinci yerə çıxmışdır. İkinci Dünya müharibəsi illərində kənd təsərrüfatı maşınqayırması zavodlarının çoxu müdafiə məhsulları istehsalına keçirilmidir. Şərqdə kənd təsərrüfatı maşınları istehsalının yeni bazası yaradılmışdır.
Kənd təsərrüfatı tarixi
Kənd təsərrüfatı — əhalinin yaşayış vasitələri (ilk növbədə qida) ilə təmin olunmasına və bir sıra sahələr üçün xammal əldə edilməsinə yönəlmiş iqtisadiyyatın bir sahəsi. Kənd təsərrüfatı dünyanın müxtəlif yerlərində müstəqil olaraq başlamış və müxtəlif qayda, qurğuları özündə cəmləşdirirdi. Köhnə və Yeni dünyanın ən azı on bir ayrı bölgəsi mədəni bitkilərin mənşə mərkəzləri kimi iştirak edirdi. Yabanı taxıl ən az 105.000 il əvvəl toplanmış və yeyilmişdir. Lakin,əhliləşdirmə çox sonra baş vermədi. Eramızdan əvvəl IX minillikdən ildən başlayaraq, neolit dövrünün səkkiz səpin məhsulu — emmer buğda,təkdənli buğda,adi arpa,əkin noxudu,mərcimək,kürüşnə,qoyunnoxudu və adi kətan — Levantda becərilirdi. Əkin çovdarı daha əvvəl becərilmiş ola bilər, lakin bu mübahisəli olaraq qalır. Düyü,6200 il bundan əvvəl Çində mədəni bitkiyə,5700 il bundan öncə erkən əkinçilikdə, maş lobya,soya və fasol lobya mədəni bitki halına gətirilib. Donuzlar Mesopotamiyada e.ə. XI minillikdə, təqribən e.ə.
Kənd təsərrüfatı texnikası
Kənd təsərrüfatı texnikası — kənd təsərrüfatının texniki cəhətdən yenidən qurulmasını həyata keçirən maşınqayırma sahəsi. Başlıca vəzifəsi kənd təsərrüfatı istehsalını kompleks mexanikləşdirməkdir. Kənd təsərrüfatı maşınqayırması XIX əsrin əvvəllərində Birləşmiş Krallıqda, az sonra isə ABŞ-də yaranmışdır. Kommunizmdən əvvəlki Rusiyada kəndlilərin çox hissəsi primitiv kənd təsərrüfatı inventarlarından istifadə edirdi. Kənd təsərrüfatı inventarı istehsal edən ilk müəssisə XIX əsrdə meydana gəlmişdi. Oktyabr inqilabından sonra Xalq Komissarları Sovetinin 1 aprel 1921 il tarixli dekreti kənd təsərrüfatı maşınqayırmasının planlı inkişafının əsasını qoymuşdur. 1926-cı ildə traktor kultivatoru, 1928 ildə traktor kotanı, 1930-cu ildə taxılyığan kombayn, 1932-ci ildə kartofyığan maşın istehsalına başlanmışdır. SSRİ 1937-ci ildə taxılyığan kombaynın illik istehsalına görə dunyada birinci yerə çıxmışdır. İkinci Dünya müharibəsi illərində kənd təsərrüfatı maşınqayırması zavodlarının çoxu müdafiə məhsulları istehsalına keçirilmidir. Şərqdə kənd təsərrüfatı maşınları istehsalının yeni bazası yaradılmışdır.
Kənd təsərrüfatı vergisi
Kənd təsərrüfatı vergisi — SSRİ-də əhalidən tutulan dövlət vergilərindən biri. 1923-cü ildən tətbiq edilmişdir. Kənd təsərrüfatı vergisini kənd yerlərində həyətyanı torpaq sahəsi və xidməti pay torpağı olan vətəndaşlar ödəyirdilər. Müttəfiq respublikaların qanunvericiliyi ilə kolxozşuların təsərrüfatı üçün orta (hektarın 1/100-dən) və bundan xeyli çox vergi dərəcəsi muəyyən edilmişdir. Kənd təsərrüfatı fəhlə və qulluqcularının təsərrüfatlarından da bu dərəcə üzrə vergi tutulurdu. Fərdi təsərrüfatçılar vergini ikiqat ödəyirdilər. Kənd təsərrüfatı vergisi üzrə bəzi güzəştlər müəyyən olunmuşdur. Müəyyən şəraitdə kənd ziyalıları (müəllimlər, tibb işçiləri), kənd təsərrüfatının bəzi mütəxəssisləri, hərbi qulluqcular, əlillər və s. vergidən azad edilirdi. Kənd təsərrüfatı vergisi maliyyə orqanları tərəfindən hər il 1 iyuna olan vəziyyətə görə hesablanırdı.
Kənd təsərrüfatı ziyanvericiləri
Kənd təsərrüfatı baxımından faydalı olmayan orqanizm, qiymətli bitki növlərinə, heyvanlara və ya onların məhsuluna ziyan vurur, insanın sağlamlığına təhlükə yaradır. Kənd təsərrüfatı ziyanvericiləri böyük iqtisadi itki verir. "Ziyanvericilərin" çoxu həşəratlar arasında olur. Ən qorxulu həşərat növlərindən danadişi, kolorad kartof böcəyi, ağ amerika böcəyi, yemişan kəpənəyi, payızlıq buğda və Mamestra brassicae, həlqəvi ipəksarıyanı, məməlilərdən gəmiricilər (siçanlar, siçovullar, taxıl siçanı, sünbülqıran) və s. göstərmək olar. Kənd təsərrüfatı ziyanvericilərinə qarşı kompleks profilaktiki, o cümlədən aqro və meşə texniki, mexaniki, fiziki, kimyəvi və bioloji təbdirlər sistemi hazırlanmışdır. Kimyəvi gübrələr tətbiq etməklə torpağın münbitliyini artırmaq, heyvan yemlərinə kimyəvi əlavə qatmaqla heyvandarlığın məhsuldarlığını yüksəltmək, həmçinin pestisidlərin köməyilə zərərverici və xəstəliklərlə mübarizə aparmaq üzrə elmi cəhətdən əsaslanmış tədbirlər sistemi. Kənd təsərrüfatının kimyalaşdırılması düzgün təşkil edilmədikdə (kimyəvi maddələrin texnologiyasına düzgün əməl edilmədikdə) ətraf mühitin (torpaq, su hövzəsi, hava) və kənd təsərrüfatı ərzaqlarının çirklənməsi üçün olduqca təhlükəli mənbəyə çevrilir.
Qazaxıstanın kənd təsərrüfatı
Qazaxıstanın kənd təsərrüfatı — Qazaxıstan iqtisadiyyatının kiçik bir sahəsi olaraq qalır. Kənd təsərrüfatının ÜDM-ə töhfəsi 10% -dən azdır - 6,7% olaraq qeydiyyata alınmış və işçi qüvvəsinin yalnız 20% -ni tutmuşdur. Eyni zamanda, ölkə ərazisinin 70% -dən çoxu bitkiçilik və heyvandarlıq ilə məşğuldur. Şimali Amerika ilə müqayisədə torpaların nisbətən az hissəsi məhsul yetişdirmək üçün istifadə olunur və ölkənin şimalında bu faiz daha yüksəkdir. Kənd təsərrüfatı sahələrinin 70% -i daimi otlaqdır. Qazaxıstanın ən çox ixrac etdiyi məhsul buğdadır. Dünyadakı altıncı ən böyük buğda istehsalçısıdır. Daha az əhəmiyyəti olan dənli bitkilərə arpa, pambıq, şəkər çuğunduru, günəbaxan, kətan və düyü daxildir. Qazaxıstanda kənd təsərrüfatı torpaqları Sovet dövründə əkilməmiş torpaqların inkişafı kampaniyası zamanı faydalı maddələrdən tükəndi. Bu, bu gün istehsala təsir göstərməyə davam edir.